Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı məlum oldu

Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı məlum oldu

Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi iyunun 24-də keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.Onun sözlərinə görə, iyunun 4-12-də magistraturaya proqram seçimi keçiriləcək. Magistraturaya ixtisas seçimi isə ikinci mərhələnin imtahanı keçirildikdən və bakalavrlar imtahanda topladıqları balları bildikdən sonra iyunun 27-29-da aparılacaq. Qeyd edək ki, mayın 30-da magistraturaya qəbul kampaniyası başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə