Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə hazırlaşanlara kömək üçün keçirilən ilk sınaq imtahanının vaxtını açıqlayıb.
SİA-nın verdiyi xəbərə görə, ilk sınaq imtahanı aprelin 8-də keçiriləcək. Həmin imtahana yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefon nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. Ödəmə kartlarını "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytından ödəmə etməklə əldə edə bilər.
Qeyd edək ki, sınaq imtahanları tək Bakıda deyil, müxtəlif regionlarda da həyata keçiriləcək.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB