Azərbaycan Turizm İnstitutu ilə Kembric Universiteti arasında əlaqələr genişlənir
Böyük Britaniyanın Kembric Universitetinin digər dillərdə danışanlar üçün ingilis dili proqramının (English for speakers of other languages (ESOL)) nümayəndəsi Kris Scott-Baret Azərbaycan Turizm İnstitutunda (ATİ) olub. SİA-nın xəbərinə görə, ATİ-nin "İngilis dili" kafedrasının dəvəti ilə ali təhsil ocağının qonağı olan Kris Scott-Baret ilə görüşdə ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsi və "İngilis dili" kafedrasının əməkdaşları iştirak ediblər. Görüş zamanı qarşılıqlı əlaqələrin qurulması, bütün dünyada qəbul edilən Kembric ESOL-un Delta, CELTA və TKT kursları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 pilot məktəbində müştərək həyata keçirilən kursları haqqında müzakirələr aparılıb. "İngilis dili" kafedrasının müdiri Əzizə Məmmədova belə layihələrin ali təhsil pilləsi müəllimləri üçün faydalı olduğunu vurğulayıb.
Görüşün sonunda qərara alınıb ki, Kembric ESOL-un iştirakı ilə ATİ-nin ingilis dili müəllimləri üçün təlimlər keçirilsin, "İngilis dili" kafedrası, eləcədə ATİ əməkdaşları üçün İngiltərədə yay məktəbi təşkil olunsun və iki universitet arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylər artırılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB