TQDK və Təhsil Nazirliyi dərslikdəki səhvləri birgə müzakirə etdi

TQDK və Təhsil Nazirliyi dərslikdəki səhvləri birgə müzakirə etdi

Təhsil Nazirliyində Tələbə Qəbulu Dövlət Komissiyasının və nazirliyin nümayəndələrinin birgə iştirakı ilə müzakirə keçirilib. SİA-nın xəbərinə görə, görüşdə TQDK tərəfindən nəşr olunan "Abituriyent" jurnalının I sayında Tarix fənni üzrə dərsliklərdə yol verilmiş səhvlərlə əlaqədar təqdim olunmuş materiallarla bağlı müzakirələr aparılıb.


Tədbirdə nazirliyin şöbə müdiri Faiq Şahbazlı, TQDK-nın böyük məsləhətçisi Nərminə Məmmədova, eləcə də dərslik müəllifləri və ekspertlər iştirak ediblər. Mübahisəli və ziddiyyətli məsələlərin müzakirə olunduğu görüşün sonunda Təhsil Nazirliyinin nümayəndələri tarix dərsliklərində yol verilən səhvlərin növbəti nəşrlər zamanı aradan qaldırılacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə