ATİ ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında mümkün əməkdaşlıq yolları müzakirə edilib
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində İqtisadi və Siyasi İşlər sahəsində çalışan tədqiqatçı Coşua Bartlet və İqtisadi Məsələlər üzrə müşavir Corc Brendon Şervud Azərbaycan Turizm İnstitutunda olublar. SİA-nın xəbərinə görə, görüşdə ATİ-nin prorektoru Eldar Aslanov, Tədqiqat və İnkişaf şöbəsinin əməkdaşları Rafiq İsmayılov və Julius Arnegger iştirak ediblər.
Prorektor E.Aslanov ATİ-nin fəaliyyət dinamikasında təhsil-tədris-tədqiqat-təlim-təcrübənin üzvü şəkildə əlaqələrindən danışıb. Turizm sənayesi sektorunun inkişafına təkan verəcək amillər sırasında ATİ-nin nəzdində turizm peşə təmayüllü 5 məktəbin fəaliyyətə başlamasının gündəmdə olduğunu deyib. Söhbət əsnasında marketinq strategiyasının qurulmasına ehtiyac duyulduğunu xüsusi vurğulayıb.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin nümayəndələri səmimi qarşılandıqları üçün təşəkkürlərini bildiriblər, Azərbaycanın turizm sektorunun inkişafında ATİ-nin mövqeyi və rolu ilə maraqlandıqlarını gizlətməyiblər. ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycanda məhz turizm sektorunun inkişafına yatırılacaq sərmayənin təyinatı ilə bağlı müfəssəl məlumat topladıqlarını deyiblər.
Görüş iştirakçıları ATİ ilə ABŞ-ın ölkəmizdəki səfirliyi arasında mümkün əməkdaşlıq, turizm sektorunun konkret sahələrinin inkişafına təkan verəcək təkliflər paketinin icra mexanizmini müzakirə ediblər. Qarşılıqlı görüşlərin davam etdiriləcəyinə inandıqlarını bildiriblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB