Postmud Universiteti Azərbaycanın hansı universiteti ilə əməkdaşlıq edəcək?
Böyük Britaniyanın Postmud Universiteti Azərbaycan universitetləri ilə birgə əməkdaşlıq edəcək. Bu barədə SİA-ya açıqlamasında Postmud Universitetinin nümayəndəsi Eve Guernier məlumat verib. O bildirib ki, hazırda Azərbaycanın 2 dövlət, 1 özəl müəssisəsi ilə birgə əməkdaşlıq barədə müzakirələr aparılır. Onun sözlərinə görə, birgə əməkdaşlığa dair müqavilələr əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universiteti ilə bağlanacaq.
"Yaxın zamanlarda həmin universitetlərlə birgə əməkdaşlığa dair sənəd imzalanacaq. Hazırda danışıqlar davam edir. İlin ortalarına kimi razılaşma əldə olunacaq, müqavilə imzalanacaq. Artıq sentyabrdan tələbələr bu universitetdə təhsillərini davam etdirə biləcəklər", - deyə o əlavə edib.
Qeyd edək ki, Postmud Universiteti Böyük Britaniyanın cənub hissəsində yerləşir və 5 fakultə üzrə 27-ə yaxın ixtisaslar mövcuddur. Magistr və bakalavr ixtisasi üzrə də təhsil almaq mümkündür. Həmçinin, azərbaycanlı tələbələr distant yolla bu universitetdə təhsil ala bilərlər. Azərbaycanlı tələbələrə də münasib şərtlərlə təhsil təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB