Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası yeni layihələrə imza atıb

Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası yeni layihələrə imza atıb

Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası (ATİMA) yarandığı gündən müxtəlif təyinatlı layihələrə imza atıb. SİA-nın xəbərinə görə, ölkədə fəaliyyət göstərən brend otellərin baş menecerləri ilə gerçəkləşən görüşlərdən sonra ATİMA budəfə məzun və tələbələrin istəyi ilə geniş spektrlı seminar və treninqlər keçirməyi qərarlaşdırıb. Tədris layihələri çərçivəsində ilk treninqlər ötən həftə (3-10 mart) keçirilib. Açılış törənini ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov açıb.

Rektor C.Cəfərov Azərbaycan Diplomatiya Akademiyasının İnsan resursları meneceri Lutful Kabirin bilik və təcrübəsindən çox faydalana biləcəklərinə əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb. Lutful Kabirin apardığı 2 günlük "Layihə menecmenti" treninqində 100 nəfərə yaxın tələbə və məzun iştirak edib. Treninq iştirakçılarına layihələrin rentabelliyi və davamlılığı, başlıca parametrik xüsusiyyətləri, büdcə hesablanması qaydaları və fəaliyyət planlarının tərtib olunması, beynəlxalq donor təşkilatlar və onlarla iş prinsipləri geniş tədris olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə