Tələbə Qəbulu üzrə Dövlət Komisiayası növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələləri davam etdirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissayasından SİA-ya verilən məlumata görə, seminarlar Bakı şəhəri ilə yanaşı Respublikanın müxtəlif bölgələrində də aparılır.
Nəzarətçi müəllimlərin imtahan texnologiyaları haqqında məlumatlarının daha da genişləndirilməsi məqsədi ilə 2012-ci il fevral ayının 13-dən martın 10-dək olan müddətdə Bərdə, Ağcabədi, Göygöl, Samux, Yevlax, Ağdaş, Göyçay, Mingəçevir, Masallı, Cəlilabad, Qax, Salyan, Şirvan, Oğuz və Gəncədən olan nəzarətçi-müəllimlərə seminar-məşğələlər keçirilmişdir. Bu rayonlarda nəzarətçilər bazasına yeni müəllimlər cəlb olunaraq təkmilləşməsi prosesi başa çatıb.
Seminar məşğələlərin planına əsasən iştirakçılara əvvəlki illərdə keçirilmiş qəbul imtahanlarında nəzarətçilərin fəaliyyətləri ilə əlaqədar aparılmış təhlil əsasında hazırlanmış ümumiləşdirilmiş təlim məlumatları çatdırılmış, qəbul imtahanın texnologiyası barədə geniş məlumat verilmiş, nəzarətçinin imtahan günü və imtahan zalında görməli olduğu işlər mərhələli olaraq izah edilib.
Qeyd edək ki, hal hazırda (12-13 mart) Naxçıvan Muxtar Respublikasından olan nəzarətçilərlə seminarlar keçirilir. Martın 14-də və 15-də isə Quba, Qusar və Xaçmaz şəhərlərində məşğələlər aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB