İndoneziyanın yeni təyin olunmuş səfiri ADU-da - FOTO

İndoneziyanın yeni təyin olunmuş səfiri ADU-da - FOTO

Azərbaycan Dillər Universitetində İndoneziyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prayona Atiyantono ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Məcid Əliyev, İndoneziya araşdırmalar mərkəzinin direktoru Laura Zərbəliyeva və səfirliyin əməkdaşları iştirak edib.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Məcid Əliyev qonaqları universitetin rəhbərliyi adından salamlayıb. Daha sonra fakültə və tələbələrin İndoneziyada təhsil ala bilmələri üçün təşkil olunmuş proqram haqqında iştirakçılara ətraflı məlumat verib. Fakültədə həm bakalavr, həm də magistratura proqramlarının açıldığını qeyd edib.

Sonra səfirə öz fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə çıxış edən İndoneziyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prayona Atiyantono Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu bildirib və İndoneziya mərkəzinin inkişafı üçün mərkəzi dərs vəsaitləri ilə təmin edəcəyini əlavə edib. Səfir həmçinin ADU-da İndoneziya dilinin tədrisini yüksək qiymətləndirdiyini qeyd edib.


Qeyd edək ki, görüşdən əvvəl qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə