Bakıda xarici ali təhsil müəssisələrinin iştirakı ilə təhsil sərgisi keçirilir-YENİLƏNİB
Bu gündən Bakıda 45-dən çox xarici ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək sərgidə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"çərçivəsində Təhsil Nazirliyinin də əməkdaşlıq etdiyi univeristetlər iştirak edirlər. ABŞ, Avstraliya, Böyük Britaniya, İsveç, Türkiyə və bir sıra başqa ölkələrin universitetlərin qatıldığı sərgidə ümumilikdə 14 ölkənin ali təhsil ocağı təmsil olunur.
Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandırıblar. Postmud Universitetinin nümayəndəsi Eve Guernier təmsil olunduğu ali təhsil ocağı barədə ətraflı məlumat verib: "Postmud Universiteti Böyük Britaniyanın cənub hissəsində yerləşir və 5 fakultə üzrə 27-ə yaxın ixtisaslar verilir. Magistr və bakalavr ixtisasi üzrə təhsil almaq mümkündür. Həmçinin azərbaycanlı tələbələr distant yolla bu universitetdə təhsil ala bilərlər. Azərbaycanlı tələbələrə də münasib şərtlərlə təhsil təqdim edirik. Maraqlanan şəxslər bu sərgilər və digər vasitələrlə universitetə müraciət edə bilər".
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu da iki ölkənin təhsil sahəsində də yükdək əməkdaşlıqların olduğunu deyib. Onun sözlərinə görə, belə sərgilərin təşkil olunması Azərbaycan və Türkiyə arasındakı təcrübə mübadiləsinin inkişaf etdirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, sərgi martın 11-i saat 17:00-dək öz işini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB