Bakıda beynəlxalq təhsil sərgisi başlayıb

Bakıda beynəlxalq təhsil sərgisi başlayıb

Bu gündən Bakıda 45-dən çox xarici ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi öz işinə başlayacaq. SİA-nın xəbərinə görə, iki gün davam edəcək sərgidə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyinin də əməkdaşlıq etdiyi ABŞ, Avstraliya, Böyük Britaniya, İsveç, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 14 ölkənin ali təhsil ocağı təmsil olunacaq.

Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Sərgi 10-11 mart tarixlərində saat 12:00 -17:00 arası baş tutacaq.

Qeyd edək ki, sərgi Türkiyənin məşhur "Akare International Education Fairs" şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə