Rus dili və ədəbiyyatı fənni üzrə IV Olimpiada keçirilib

Rus dili və ədəbiyyatı fənni üzrə IV Olimpiada keçirilib

Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzində rus dili və ədəbiyyatı fənni üzrə "Rusiyanın tarixi ili"nə həsr olunan IV Olimpiada keçirilib. SİA-nın xəbərinə görə, martın 2-dən 5-dək davam edən olimpiada Təhsil Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Olimpiadanın ilk günü VI sinif, sonrakı günlərdə isə VII sinif şagirdləri bilik yarışına qoşulublar. Olimpiadada Bakı və Sumqayıtın ümumi təhsil müəssisələrinin şagirdləri iştirak ediblər. Olimpiadanın fevralın 29-da keçirilən açılış mərasimində Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin direktoru, Təhsil Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları çıxış edərək şagirdlərə uğurlar arzulayıblar.Daha sonra şagirdlərin ifasında mahnı və şeirlər dinlənilib.

Olimpiadanın növbəti mərhələsi 13-15 mart və 2-4 aprel tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə