Məleykə Abbaszadə: \"Heç kəsə məcbur edə bilmərik ki, elektron imza alsın\"

Məleykə Abbaszadə: \"Heç kəsə məcbur edə bilmərik ki, elektron imza alsın\"

"Bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq tətbiq olunan elektron imza ilə yalnız bir nəfər sənəd verib. Həmin şəxs isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin işçisidir". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ali məktəblərin bakalavriat və magistratura pillələrinə qəbul olmaq istəyənlər üçün sənəd qəbulu üçün elektron imzaların fərqli tariflər üzrə verilməsi təklifi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilib. Hazırda bu layihə üzərində işlərin getdiyini deyən M.Abbaszadənin sözlərinə görə, nazirliyin mərkəzləri elektron imzaların kütləvi istifadəsinə hələ hazır deyil.

"Elektron imzalar indi fərdi şəxslərə 20-30 manata verilir. İmtahanda iştirak etmək üçün isə abituriyentlər 2 manat rüsum ödəyirlər. 2 manat rüsum ödəyən abituriyentə biz deyə bilmərik ki, 30 manata elektron imza alsın. Ali məktəblərə qəbul zamanı da elektron imzası olanlar ondan istifadə edə bilərlər. Amma elektron imzaların sənəd qəbulu zamanı tətbiqi məcburi deyil. Çünki hələ elektron imzaların qiymətləri yüksəkdir", - deyə M.Abbaszadə əlavə edib.

TQDK sədri təhsil naziri Misir Mərdanovun ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə test imtahanından əlavə, şifahi imtahanların keçirilməsinin zəruriliyi barədə səsləndirdiyi təklifə münasibət bildirib: "Bu təklif səslənməmişdən əvvəl hansısa araşdırmalar aparılıbmı? Bunu bilmirəm. Hesab edirəm ki, belə təklifər yalnız hansısa elmi araşdırmalar aparıldıqdan sonra səslənə biər ki, onlar sanballı səslənsin. Elə-belə səslənəndə bu, populistlik olur".

Bütün xəbərlər Facebook səhifəmizdə