Sumqayıt sakinlərinə ixtisaslı tibbi yardım göstərilib

Sumqayıt sakinlərinə ixtisaslı tibbi yardım göstərilib

Sumqayıt şəhərində "Səyyar poliklinika" layihəsi çərçivəsində ucqar yaşayış massivlərinin ərazisində yaşayan sakinlərə ixtisaslı tibbi yardım göstərilib. SİA-nın xəbərinə görə, USM-diaqnostika, elektrokardioqram və s. tibbi avadanlıqlarla təchiz olunmuş səyyar heyət müayinələr aparıb. Kardioloq, pediatr, cərrah, stomatoloq, oftalmoloq, endokrinoloq, ginekoloq, allerqoloq və s. həkimlərdən ibarət heyət "Səyyar poliklinika"nın qeydiyyat bölməsinə müraciət edən 463 nəfər üzərində müayinələr keçiriblər. Müayinənin nəticələri üzrə məsləhətlər, ambulator müalicəyə göndərişlər verilib, 25 nəfər isə təcili tibbi yardım xərəyi ilə şəhər stasionarlarına çatdırılıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd xəstəliyi ilkin mərhələdə aşkarlamaq və onu kəskinləşmədən asanlıqla aradan qaldırılmasında yardımçı olmaq habelə yüksək ixtisaslı tibbi məsləhət yardımını uzaq yaşayış məntəqələrinə yaxınlaşdırmaq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə