Magistratura pilləsinə keçirilən qəbul imtahanlarının birinci mərhələsinin nəticələri açıqlandı

Magistratura pilləsinə keçirilən qəbul imtahanlarının birinci mərhələsinin nəticələri açıqlandı

Tələbə Qəbul üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə keçirilən qəbul imtahanlarının birinci mərhələsinin nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, nəticələr bu gün saat 18:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

İmtahanda iştirak etmək üçün 18019 bakalavr qeydiyyatdan keçib. Ötən il bu rəqəm 16510 olub. Onlardan 460 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən bakalavrlardan 13 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunublar. Hər bir bakalavr TQDK-nın internet saytına daxil olaraq öz cavablarının qrafik təsviri ilə tanış ola bilər.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilib. Ümumilikdə 30 binada təşkil olunan imtahan saat 13:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə