Magistraturaya qəbul imtahanların nəticələri martın 6-da açıqlanacaq

Magistraturaya qəbul imtahanların nəticələri martın 6-da açıqlanacaq

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 4-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, imtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində ümumilikdə 30 binada təşkil olunub. İmtahan bütün binalarda saat 13:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanların nəticələri martın 6-da elan edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə