Paytaxt məktəblərində ilk dəfə valideynlərə qarşı "Bağlı qapı günləri" elan olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızının SİA-ya verdiyi xəbərə görə, martın 1-dən 10-dək davam edəcək "Bağlı qapı günləri" qarşıdan gələn 8 - Mart Beynəlxalq Qadınlar Günü ilə bağlıdır.
8 mart Bayramı ərəfəsində müəyyən narahatlıq və ya narazılıqlar yarandığını deyən idarə rəsmisi bildirib ki, bunların qarşısını almaq üçün belə addım atmaq qərarına gəldik: "Valideynlər hesab edirlər ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə uşaqlardan məcburi şəkildə pul yığılır. Buna görə də heç bir narahatlığın yaranmaması üçün belə təşəbbüslə çıxış etdik və bu, bir çox məktəblərdə müsbət qarşılanıb. Orta məktəblərdəki müəllimlərin böyük əksəriyyətini xanımlar təşkil edir. Buna görə də kimsə öz müəllimini təbrik etmək istəyirsə buna etiraz etmir və ya qadağa qoymuruq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB