Gələn həftədən internet klub və kafelərdə reydlər başlanır

Gələn həftədən internet klub və kafelərdə reydlər başlanır
Gələn həftədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər Baş Polis İdarəsi ilə internet klub və internet kafelərdə reydlər keçirəcək. SİA-nın xəbərinə görə, reydlər məktəb ətrafında yerləşən internet klub və kafeləri əhatə edəcək.

Burada əsas məqsəd vaxtını internet klublarda keçirən şagirdləri müəyyənləşdirmək və eyni zamanda həmin klublarda yaxalanan məktəblilərin dərsdən yayınıb - yayınmamağını dəqiqləşdirməkdir. Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilərsə, dərhal aidiyyatı məktəb rəhbərliyinə məlumat veriləcək və şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Bununla yanaşı, dərs zamanı şagirdin sinifdə olmamağının səbəbi aydınlaşdırılacaq. Şagirdin ümumiyyətlə məktəbə getmədiyi müəyyən edilərsə, dərhal onun valideyninə məlumat veriləcək. Beləliklə də bu istiqamətdə valideynlərlə iş qurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə