Sabah magistraturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah magistraturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah ali təhsil müəssisələrinin magistratura qəbul imtahanının birinci mərhələsi keçiriləcək. SİA-nın xəbərinə görə, imtahanlarda iştirak etmək üçün ərizələrin qəbulu internet vasitəsilə fevralın 8-dən 18-dək aparılıb. İmtahanda iştirak etmək üçün 17972 bakalavr ərizə verib ki, onlardan da 15791 nəfəri Azərbaycan bölməsi, 2181 nəfəri isə rus bölməsi üzrə bakalavrlardır.

Bakalavrlar fevralın 29-dan etibarən elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürüblər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilk olaraq imtahnaların fevralın 26-da keçirməyi nəzərdə tutub. Ancaq sonradan, fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı ölkədə geniş miqyasda xatirə tədbirlərinin keçiriləcəyini nəzərə alaraq, komissiya magistraturaya qəbul imtahanının birinci mərhələsinin mart ayının 4-də keçirilməsi barədə qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə