Rusiyanın Azərbaycandakı Səfirliyi BSU-ya hədiyyələr təqdim edib-FOTO
Rusiyanın Azərbaycandakı Səfirliyi Bakı Slavyan Universitetinin Rus Təhsil Mərkəzinə müxtəlif hədiyyələr təqdim edib. SİA-nın xəbərinə görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin iştirak etdiyi tədbirdə univeristetə 532 adda kitab və kompüterlər hədiyyə edilib. Tədbirdə çıxış edən rusiyalı səfir Vladimir Doroxin bildirib ki, ölkəsinin Şimali Qafqaza yönəlik siyasətini Azərbaycanın da bölüşməsi vacibdir. Onun sözlərinə görə, rəsmi Bakı Şimali Qafqazda sülh və stabilliyin bərqərar olmasında müttəfiqdir və bu da önəmlidir. "Şimali Qafqaz Rusiya üçün böyük problem, qeyri-stabil regionlardan biridir. Azərbaycan regionda mövcud olan problemlərin həlli üçün söz ilə yox, əməl ilə kömək etməyə çalışır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB