Tərtər rayonunda yeni məktəb binaları tikilir

Tərtər rayonunda yeni məktəb binaları tikilir

Tərtər rayonunun Kəngərli, Seyidimli, Balakəngərli və şəhər 1 saylı orta məktəbləri üçün yeni məktəb binaları inşa edilir. SİA-nın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, uzun illərdir təmir edilməyən məktəb binaları qəzalı vəziyətdə idi. Bu isə tədirisin prosesinə mənfi təsir edirdi. Vəziyyətin çətin olduğunu nəzərə alan Təhsil Nazirliyi yeni məktəb binalarının tikintisi üçün vəsait ayırıb. Hazırda dövlət proqramı çərçivəsində rayonun Kəngərli, Seyidimli, Balakəngərli və şəhər 1 saylı orta məktəbləri üçün yeni binalar inşa edilir.

Yeni təhsil ocaqlarında idman zalları, kimya və fizika labaratoriyaları, fənn kabinetləri, o cümlədən kompyuter otaqları fəaliyyət göstərəcək.

Bunlarla yanaşı yeni binalarda şagirdlər geniş zolaqlı internet şəbəkəsinə qoşularaq internet kitabxanadan istifadə edə biləcəklər. Məktəblərdə eyni zamanda ehtiyat su anbarı və istilik sistemi üçün qazanxana quraşdırılır.

Dövlət vəsaiti hesabına inşa olunan yeni məktəb binalarının növbəti dərs ilinə qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə