ADU-nun rektoru Almaniya Xarici Siyasət Cəmiyyətində DGAP proqramının əməkdaşı ilə görüşüb

ADU-nun rektoru Almaniya Xarici Siyasət Cəmiyyətində DGAP proqramının əməkdaşı ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Almaniya Xarici Siyasət Cəmiyyətində DGAP proqramının əməkdaşı xanım Marie-Lena May ilə görüşüb. SİA-nın xəbərinə görə, rektor Səməd Seyidov Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açıb. Komitə sədri, rektor S.Seyidov Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarda təmsil olunduğunu deyib. Bildirib ki, Azərbaycan Avropa Birliyi, Avropa Parlamenti də daxil olmaqla, bütün Avropa strukturları ilə əlaqələrə daim mühüm əhəmiyyət verir. Bu baxımdan Almaniya ilə müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərilir. Azərbaycan təhsil sistemi haqda danışan rektor Səməd Seyidov ADU-da 5000 tələbənin təhsil aldığını deyib. O, Azərbaycan Dillər Universitetinin Alman mərkəzinin fəaliyyətindən, Almaniyanın Göte İnstitutu ilə əlaqələrdən söz açıb.

Alman mütəxəssislərinin ADU-da tədris prosesində iştirakına, universitetin əməkdaşlarının Göte İnstitutu ilə əlaqələrə böyük əhəmiyyət verildiyini önə çəkib, universitetin mədəni və təhsil əlaqələrindən danışıb. ADU-nun əsas prioritetlərdən birinin alman dili və alman mədəniyyətinin tədrisi olduğunu vurğulayıb. Bundan başqa, S.Seyidov TEMPUS proqramı çərçivəsində bir sıra Qərbi Avropa universitetlərinin, o cümlədən Almaniyanın Leypsiq Universitetinin də təmsil olunduğu layihədə məhz ADU-nun koordinatorluq etdiyini diqqətə çatdırıb. O, ölkəmizin ali təhsil ocaqları içərisində ilk dəfə olaraq məhz Azərbaycan Dillər Universitetinin xarici universitetlərə koordinasiya etdiyini xatırladıb. Səməd Seyidov ADU-nun Almaniya universitetləri ilə əlaqələrə hər zaman maraqlı olduğunu qeyd edib.

Almaniya Xarici Siyasət Cəmiyyətində DGAP proqramının əməkdaşı xanım Marie-Lena May səfərinin Almaniyanını Karl Fridrix Gördeler – Yaxşı idarəetmə (Good Govemance) kollecini tanıtmaq məqsədi olduğunu bildirib. O, təmsil etdiyi qurum haqda məlumat verdi və qurumun əməkdaş ölkələrlə əlaqələrindən bəhs edib. Bildirib ki, təmsil etdiyi qurum "Şərq tərəfdaşlığı " proqramında çox aktiv fəaliyyət göstərir. Qonaq proqram və layihələr haqqında məlumat verib və gələcək əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə