Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Marşal Fondunun nümayəndəsi, Transatlantik Əməkdaşlığın Gücləndirilməsi üzrə üzv Josua Valker ilə görüşüb. SİA-nın xəbərinə görə, rektor Səməd Seyidov Azərbaycan təhsil sistemi haqda danışaraq Azərbaycan Dillər Universitetinin fəaliyyətindən, universitetin beynəlxalq əlaqələrindən söz açıb. Universitetdə dillərin tədrisinin yüksək səviyyədə aparıldığını deyən S.Seyidov bununla yanaşı, beynəlxalq münasibətlər və regionşünaslıq, tərcümə fakültələri haqda da məlumat verib. ADU-da Qafqazşünaslıq, Azərbaycanşünaslıq, ərəbşünaslıq, yaponşünaslıq, çinşünaslıq və digər bir sıra ixtisaslar üzrə tələbələrin təhsil aldığını vurğulayıb. ADU-da hər il ABŞ-dan tələbələrin Yay məktəbinə gəlib iştirak etdiklərini qeyd edib. ABŞ-ın İndiana Universitetində ADU-nun müəllimlərinin Azərbaycanşünaslıq ixtisası üzrə tədris apardıqlarını bildirib.
Marşal Fondunun nümayəndəsi təmsil etdiyi qurumun inkişaf strategiyasından danışıb. Josua Valker gələcək əməkdaşlıq perspektivlərinin vacibliyini vurğulayıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB