Bakıda \"Sabahın alimləri\" respublika müsabiqəsinin qalibləri müəyyən olundu
Bakıda "Sabahın alimləri" respublika müsabiqəsi təşkil olunub. SİA-nın xəbərinə görə, ölkədə ilk dəfə olaraq keçirilən bu müsabiqəyə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və \"Mədəd\" təşkilatı dəstək verib. Müsabiqənin nəticəsi olaraq Bakı şəhərinin Gənc İstedadlar liseyinin şagirdləri Arif Bayramov "İşığın istifadəsi ilə hidrogenin sudan alınması üçün bionanosistem" layihəsinə görə və Mahirə Səfərəlizadə "Maqnit xassəli polimer kompozitle su səthindən neft və neft məhsullarının nazik təbəqələrinin kənarlaşdırılması" layihəsinə görə fərdi layihə nominasiyası, Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Elxan Məmmədov və Orxan Məmmədov isə "Nanotexnologiyada yeni yanaşma: kiçik konsentrasiyasının təsiri" layihələrinə görə qrup layihəsi nominasiyası üzrə qalib elan olunublar.
"Sabahın alimləri" müsabiqəsinin açılış mərasimində Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov ilə birgə Gənclər və İdman naziri Azad Rəhimov, \"Mədəd\" təşkilatının icraçı direktoru Vüsal Xanlarov və İntel korporasiyasının Ukrayna və MDB ölkələrinin korporativ məsələlər üzrə direktoru Tatyana Nanayeva çıxış ediblər. Onların hər biri Azərbaycan məktəblilərinin elmin inkişafa töhfəsi üçün bu müsabiqənin əhəmiyyətini qeyd ediblər.
Müsabiqə qalibləri 13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçiriləcək Intel® Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı layihələri ilə təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB