Qarşıdakı iki il ərzində Şəmkirdə 10 orta təhsil məktəbi üçün yeni binaların istifadəyə verilməsi nəzərdə tutulur. Şəmkir rayon Təhsil Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, artıq bunlardan 4-nün inşasına başlanılıb. Əsasən uzun illər bundan öncə tikilən Abbaslı, Seyidlər, Sabirkənd, Düyərli kənd orta məktəblərinin yenidən tikilməsinə start verilib. Adıçəkilən məktəblərdə ümumilikdə 2 mindən artıq şagird təhsil alacaq.
Bundan əlavə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına 2012-ci ildə daha 6 məktəb binasının inşasına başlanılacaq. Yeni binaların Zəyəm, Seyfəli, Günəşli və digər kəndlərdə tikiləcəyi nəzərdə tutulub. Hazırlanan tədbirlər planına görə 4 il ərzində Şəmkir rayonunda bütün qəzalı məktəblərin yenidən tikilib istifadəyə verilməsi gündəmdədir.
Hazırda rayon üzrə 79 tədris ocağında 4 min müəllim 33 mindən artıq şagirdə elmin sirlərini öyrədir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB