“Təbiəti necə qoruyaq?”

Azərbaycan Dillər Universitetində "Təbiəti necə qoruyaq?" adlı elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, "Təbiət Elmləri" İctimai Birliyinin sədri Rövşən Əkbərov, "Təbiət Elmləri" İctimai Birliyinin sədr müavini Ramil Rüstəmov iştirak edib. ADU-nun tələbəsi Aygün İbrahimovanın təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclərimiz arasında ekoloji maarifləndirmənin daha da güclənməsi, təbiətdəki həssas tarazlıqların, bu tarazlıqların həyat üçün nə qədər önəmli olduğunu daha yaxından tanımaq və bununla əlaqədar olaraq onu qoruma şüurunun formalaşmasına xidmət etməkdir.

Təbiəti qorumaq sağlamlıqdır deyən Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev tədbirin çox böyük əhəmiyyətə malik olduğunu deyib. O, təbiəti qorumağın, ekologiyanın təmizliyinin insanlar üçün vacib olduğunu bildirdi və bu sahədə gənclərin maariflənməsinə ADU-da hər zaman diqqət ayrıldığını qeyd edib.

Aygün İbrahimova "Təbiəti necə qoruyaq?" mövzusunda çıxış edib. "Təbiət Elmləri" İctimai Birliyinin sədri Rövşən Əkbərov öz çıxışında "Təbiət və səmərəli texnologiya" movzusuna toxunub. O, mövzu ilə bağlı olan slayd nümayiş etdirib və qeyd edib ki, alimlərin hal-hazırda araşdırma sahələrindən biri təbiəti öyrənərək canlı təbiətə texnologiyaları təqlid etməyə istiqamətlənib.

"Təbiət Elmləri" İctimai Birliyinin sədr müavini Ramil Rüstəmov çıxışı zamanı ekologiyanın qorunmsının vacib olduğunu bildirib. Sonda iştirakçılarla mövzu haqqında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə