ADU-da qanvermə aksiyası keçirilir-FOTO

ADU-da qanvermə aksiyası keçirilir-FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə kafedrasının və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir. SİA-nın xəbərinə görə, xeyirxah aksiyada ADU-nun tələbə-müəllim heyəti fəal iştirak edir. Aksiyada iştirak edən tələbələr xəstə, həmçinin ehtiyacı olan insanlara yardım məqsədi ilə həyata keçirilən belə bir aksiyanın iştirakçısı olduqlarına görə fəxr etdiklərini bildiriblər. Gənclərin məlumatlandırılması, gənclər arasında xəstəliklərə qarşı diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək kimi məqsədlərə xidmət edən qanvermə aksiyasında tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, yığılan qan ehtiyatı Səhiyyə Nazirliyinin Gematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankına təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə