Xaricdə təhsil almaq istəyənlər üçün təhsil sərgisi keçirilib

Xaricdə təhsil almaq istəyənlər üçün təhsil sərgisi keçirilib
Bu gün Bakı Təhsil Məlumat Mərkəzinin dəvəti ilə Böyük Britaniyanın tanınmış universitetlərində təhsil almaq istəyən tələbə və şagirdlər üçün təhsil sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərginin məqsədi bütün maraq göstərən şəxsləri və təşkilatları bir yerdə və eyni vaxtda toplayıb Azərbaycanın xaricində təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir.


Sərgidə Azərbaycanda təhsillə məşğul olan aparıcı təşkilatlar iştirak edib. Təşkilatlar sırasında University of Exeter, City University London, University of East Anglia və başqaları olub. Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verərək sərgi iştirakçılarını materiallar və bukletlərlə təchiz ediblər.


Qeyd edək ki, Bakı Təhsil Məlumat Mərkəzi 1997-ci ildən fəaliyyət göstərən Amerika Dövlət Departamenti tərəfindən dəstəklənən və əsas məqsədi xaricdə təhsil almaq imkanları haqqında məlumat yaymaq olan müstəqil təhsil və məlumat mərkəzidir.

Bütün xəbərlər Facebook səhifəmizdə