Bakıda keçiriləcək təhsil sərgisində dünya universitetləri təmsil olunacaq

Bakıda keçiriləcək təhsil sərgisində dünya universitetləri təmsil olunacaq

Martın 10-u və 11-i Bakıda 45-dən çox xarici ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi keçiriləcək. SİA-nın xəbərinə görə, sərgidə Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Rumıniya, ABŞ, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 14 ölkənin ali təhsil ocağı təmsil olunacaq.

Tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar və pulsuz təhsil imkanları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulub.

Sərgi 10-11 Mart tarixlərində saat 12:00-17:00 arası baş tutacaq. Qeyd edək ki, sərgi Türkiyənin məşhur "Akare International Education Fairs" şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur

Bütün xəbərlər Facebook səhifəmizdə