Azərbaycanlı tələbələr Polşada təcrübə proqramında iştirak edəcəklər

Azərbaycanlı tələbələr Polşada təcrübə proqramında iştirak edəcəklər

Azərbaycan Tələbələr Birliyi (ATB) və Polşa Respublikası Tələbə Parlamenti arasında birgə təcrübə proqramın başladılması ilə bağlı razılıq əldə edilib. SİA-nın xəbərinə görə, razılığa əsasən azərbaycanlı tələbələr Polşanın paytaxtı Varşava və Krakov şəhərlərində yerləşən universitetlərin tələbə təşkilatlarında təcrübə proqramında iştirak edəcəklər.

Proqramın əsas məqsədi azərbaycanlı tələbələrin Polşadakı tələbə təşkilatlarının strukturu, gündəlik və strateji fəaliyyətlərinin qurulması, müxtəlif tədbirlərin təşkili ilə bağlı mümkün təcrübələrini öyrənməsi və bununla da ölkəmizin tələbə hərəkatının gücləndirilməsində yaxından iştirakını təmin etməkdir. Təcrübə proqramı 23–30 mart tarixlərində gerçəkləşəcək. Proqramda 16 nəfər tələbənin iştirakı planlaşlandırılır. Gələcəkdə Polşalı tələbələrin də Azərbaycana gəlməsi və öz təcrübələrini azərbaycanlı tələbələrlə bölüşdürülməsi planlaşdırılan fəaliyyətlərdəndir.

Xatırladaq ki, təcrübə proqramı Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovun təşəbbüsü ilə gerçəkləşir. Elvin Aslanov təcrübə proqramı barədə qısaca olaraq bunları deyib: "Ümid edirəm, bu kimi proqramlar Azərbaycanda güclü, dayanıqlı tələbə təşkilatlarının, tələbə hərəkatının yaranmasına yardımçı olacaq. Məhz bu səbəblə həm Polşadakı, həm Avropanın hər bir ölkəsində olan partnyorlarımız, həm də üzv olduğumuz Avropa Tələbələr Birliyi ilə danışıqlar gedir. Tələbələrimiz bu cür fəaliyyətləri bizdən gözləməyə davam edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə