Azərbaycan Sığorta şirkətlərinin rolu mövzusunda seminar keçirilib-Fotosessiya

Azərbaycan Sığorta şirkətlərinin rolu mövzusunda seminar keçirilib-Fotosessiya

Bu gün İrəli təlim mərkəzinin təşkil etdiyi Müasir İqtisad Məktəbi layihəsi çərçivəsində Azərbaycan Sığorta şirkətlərinin rolu mövzusunda növbəti seminar keçirilib. SİA-nın xəbərinə görə, ekspert Azərbaycan Sənaye Sığorta ASC idarə heyətinin sədri Rəşad Əhmədov olub. Seminar zamanı iştirakçılara sığorta, təkrar sığorta, risklərin idarə edilməsi barədə insanların maarifləndirilməsi, sığortanın müasir həyatda roluna dair məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Layihənin sonunda aktiv iştirakına görə Bəhman Hüseynli mükafatlandırılıb və digər 30 nəfər Azərbaycan Sənaye Sığorta ASC-də təcrübə qazanmaq şansı əldə edib. Seminar zamanı perspektiv imkanları, forma və məzmunca yeni ideyaların daha da təkmilləşdirilməsi barəsində Müasir İqtisad Məktəbinin layihə rəhbəri Nicat Hacızadə məlumat verib.

Qeyd etmək lazımdır ki, bu seminar Müasir İqtisadi Məktəbi layihəsi çərçivəsində sayca 7-dir. Bu vaxta qədər " Yoxsulluğun azaldılması və davamlı inkişaf siyasəti", "Qloballaşan dünyada İslam Bankçılığı və onun ölkəmizdə perspektivləri", "Banklarda riskin idarə olunması", "Müasir Marketinq sektorlarına baxış və marketinqin şirkətlərdə yeri", "Maliyyə bazarlarının əsasları", "Maddi İqtisadi Nəzəriyyələr və ipoteka proqramı" mövzularında seminarlar keçirilib.

Həbib Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə