Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Xocalı soyqırımının 20-ci ildönümü anılıb
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə TQDK sədri Məleykə Abbaszadə çıxış edərək Xocalı soyqırımının necə baş verməsi və faciənin qurbanları barədə məlumat verib. Sədr 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qətliamın ermənilər tərəfindən bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biri olduğunu vurğulayıb. Daha sonra Komissiyanın əməkdaşları çıxış edərək baş verən dəhşətlərdən sonra adı məhv olmuş şəhərlər siyahısına düşən Xocalının günahsız soydaşlarının aqibətindən danışıb, bu faciənin səbəkarlarının ədalət mühakiməsi qarşısında nə vaxtsa cavab verəcəklərinə inamlarını ifadə ediblər.
Mərasimdə bu dəhşətli faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyi qeyd edilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB