ADU-da Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilən tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilən tədbir keçirilib. SİA-nın məlumatına görə, ingilis dilinin üslubiyyatı və nitq mədəniyyəti kafedrasının müəllimi İradə Səmədovanın təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Tədbiri giriş sözü ilə Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev açaraq respublika səviyyəsində də bir sıra tədbirlərin keçirildiyini söylədi. Xocalı soyqırımını misli olmayan hadisə kimi xarakterizə edən Tərbiyə işləri üzrə prorektor bu soyqırımı dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının vacibliyini qeyd edib. Bildirib ki, Xocalı soyqırımının anım mərasimləri bütün il boyu keçiriləcək.
1 saylı İngilis dili fakültəsinin tələbələri ingilis dilində "Qarabağ dünən və bu gün" mövzusunda çıxış etdilər və Xocalı soyqırımı haqqında məlumat veriblər. Daha sonra soyqırımı özündə əks etdirən video-slayda baxış olub.
ADU-nun Tarix kafedrasının əməkdaşı, əslən Xocalıdan olan Ramin Quliyev faciə günü gördüyü və yaddaşına həkk olunmuş dəhşətli anları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Xocalıdan çıxarkən 7 yaşı olduğunu deyən R.Quliyev öz yaxınlarının, qohumlarının çoxunu faciə gümnü itirdiyini qeyd edib. O bildirib ki, 27 ailənin hər birindən yalnız 1 nəfər salamat qalıb: "Onları tərcüməçi ilə təmin edib xarici ölkələrə göndərmək lazımdır ki, gördükləri, şahidi olduqları tükürpədici hadisələri dünyaya yaysınlar. Belə olarsa, dünya ictimaiyyətində erməni vəhşiliyi haqqında aydın təsəvvür yaranar". O, şəhərin mərkəzində soyqırımı özündə əks etdirən digər bir abidənin ucaldılmasının və soyqırım muzeyi yaradılmasının vacibliyini deyib.
Sonra ADU-nun Ülvi Bünyadzadə adına muzey-lektoriyasının rəhbəri Könül Yaqubova Zeynab Kazımovanın "Xocalı" şeirini deyib.
Tədbirin sonunda Azərbaycan gənclərinin Ermənistan prezidentinə ünvanladıqları müraciət səslənib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB