Azərbaycan məktəblərində elektron dərslərdən istifadə ediləcək

Azərbaycan məktəblərində elektron dərslərdən istifadə ediləcək

İntel korporasiyasının beynəlxalq Skoool layihəsi çərçivəsində Azərbaycan məktəblərində elektron dərslərdən istifadə ediləcək. SİA-nın xəbərinə görə, "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyaılaşdırılması üzrə Dövlət proqramı" çərçivəsində ölkəmizdə reallaşdırılacaq Skoool layihəsi Intel-in qlobal təşəbbüsü olaraq riyaziyyat, biologiya, fizika, kimya və ibtidai sinif fənnləri üzrə 400 elektron dərsi özündə birləşdirir. Müxtəlif ölkələrdə tətbiq olunan bu layihənın istifadəsi üçün dərslər tərcümə və adaptasiya edilir.

Azərbaycanda Skoool layihəsinin elektron dərslərinin lokallaşdırılması Edumedia təşkilatı tərəfindən həyata keçiriləcəkdir. Edumedia təşkilatı tərəfindən Azərbaycan təhsil sisteminin müvafiq fənlər üzrə təcrübəli müəllimləri cəlb edilərək elektron dərslər adaptasiya olunacaqlar. Azərbaycan dilinə tərcümə edilmiş bütün dərslər www.skoool.az resursunda azad istifadədə olacaq. Layihənin Azərbaycanda tam tətbiqi bu ilin may ayına planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə