ADU-nun professoru ABŞ Milli Alimlər Assosiasiyasının fəxri üzvü seçilib
Azərbaycan Dillər Universitetinin 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Ətqan Abdullayev ABŞ Milli Alimlər Assosiasiyasının fəxri üzvü seçilib. SİA-nın xəbərinə görə, bu məlumat ABŞ Milli Alimlər Assosiasiyasının prezideti, professor Peter Vyatt Vundun imzası ilə göndərilmiş məktubda öz əksini tapıb və professor Ə. Abdullayev həmin cəmiyyətin fəxri üzvü seçilib. Bu nüfuzlu elmi cəmiyyətə xarici vətandaşlər ancaq ABŞ universiteti professorlanın təqdımatı əsasnda seçilir. Professor Ə. Abdullayevin ABŞ Milli Alimlər Assosiasiyasına fəxri özv seçilməsi Kaliforniyadakı Berkli universitetinin Dilçilik İnistutunun tövsiyyəsi əsasında olmuşdur.
Qeyd edək ki, professor Ə. Abdullayev 2009-cu ilin iyul - avqust aylanında Berkli universitetinin Dilçilik İnistutunda yay sessiyasında mühazirələr oxuyub. O, 100-dən çox elmi məqalənin, 6 kitabın (3 kitabı ingilis dilində xaricdə nəşr olunub) müəllifidir. 2002-ci ildən Azərbaycan Dillər Universitetinin professorudur. ABŞ-da, İranda, Rusiyada, İngiltərədə, Almaniyada, Türkiyədə, Polşada, Rumıniyada, Macarıstanda, İspaniyada müxtəlif beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB