Xəzər İntellektual Gənclər Klubunun iki ildir həyata keçirdiyi "Universitet liqası" layihəsi öz sıralarını genişləndirməkdə davam edir. SİA-nın xəbərinə görə, bu yaxınlarda bu layihəyə 5-ci universitet–Azərbaycan Tibb Universiteti də qoşulub. Universitetin tələbə gənclər təşkilatı və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə yaradılan klub digər 4 ali məktəblə birlikdə hər şənbə günü təşkil olunan sinxron yarışlarda iştirak etmək hüququ əldə edib.
"Nə? Harada? Nə zaman?" oyunu üzrə klubdaxili ilk turnir Azərbaycan Tibb Universitetinin tələbələrindən təşkil olunmuş 20 komandanın iştirakı ilə keçirilib. Turnir öz gərginliyi ilə yadda qalmaqla yanaşı, həm də yeni liqa öncəsi hazırlıq xarakteri daşıyıb.
Layihənin koordinatoru Denis Şabanov gələcək həkimlərin turnirdən razı qaldıqlarını, bu yarışların davamlı olacağına inandığını bildirir. Xəzər İntellektual Gənclər Klubunun inkişaf departamentinin rəhbəri Taleh Həsənov isə "Universitet liqası"nın daha da genişlənəcəyini, tezliklə bu layihəyə Dövlət İdarəçilik Akademiyası, İnşaat Universiteti və Kooperasiya Universitetinin cəlb olunacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB