“Uşaqlar və müharibə” mövzusunda Respublika rəsm sərgisi keçirilib-YENİLƏNİB-FOTOSESSİYA
Bu gün Gülüstan sarayında Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Uşaqlar və müharibə" mövzusunda Respublika rəsm sərgisi keçirilib. Xocalı faciəsinin 20-ci ildönümünü məktəblilər fərqli formada qeyd edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdən öncə "Xocalı faciəsi insanlığa qarşı qətliamdır" adlı bədii-əbədi göstərilib.
Daha sonra tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin keçirilməsində əsas məqsəd Xocalı faciəsi haqqında gənc nəslə ətraflı məlumat vermək, insanların xatirəsini yad etmək və yetişməkdə olan yeni nəsildə vətənə məhəbbət hissini gücləndirməkdən ibarətdir. Onun sözlərinə görə, nazirliyin tədbirlər planına müvafiq olaraq respublikanın rayon və şəhərlərində Xocalı soyqırımına həsr olunan 10 mindən çox rəsm işindən ibarət sərgilər təşkil olunub: "Sərginin respublika mərhələsinə 60-dan çox rayon və şəhər məktəblərinin şagirdləri tərəfindən ümumilikdə, 1200-dən çox rəsm işi təqdim olunub. Tədbirdə ən yaxşı rəsm işi Təhsil Nazirliyinin diplom və hədiyyələrinə layiq görüləcək".
Tədbirin davamında çıxış edən Xocalı rayon icra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkil Bəxtiyar Əliyev də bu faciə ilə bağlı fikirlərini bildirib və xatirələrini bölüşüblər.
Məlumat üçün bildirək ki, Respublika mərhələsində qalib olan 89 rəsm işi Moskvada Xocalı faciəsinə həsr olunan tədbirdə sərgilənəcək. Tədbir Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB