Misir Mərdanov: \"Yeni status yaş senzi ilə əlaqədar olaraq işdən çıxarılan müəllimlərə də şamil ediləcək\"

Misir Mərdanov: \"Yeni status yaş senzi ilə əlaqədar olaraq işdən çıxarılan müəllimlərə də şamil ediləcək\"

\"Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib\". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda təkliflər Nazirlər Kabinetindədir: "Burada müəyyən ekspertiza keçirildikdən sonra müvafiq qərar veriləcək. Müəllimlərə hazırda bu və ya digər dövlət idarələrində çalışan dövlət qulluqçularının statusuna yaxın bir status verilməlidir. Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllimin nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur. Burada müəllimlərin sosial müdafiəsi və digər məsələlər də öz əksini tapmalıdır".

Eyni zamanda nazir bildirib ki, bu status yaş senzi ilə əlaqədar olaraq işdən çıxarılan müəllimlərə də şamil ediləcək.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə