Azərbaycanda turizm üzrə kadrlar Mədəniyyət və Turizm Nazirliyinin şərtləri əsasında hazırlanacaq

Azərbaycanda turizm üzrə kadrlar Mədəniyyət və Turizm Nazirliyinin şərtləri əsasında hazırlanacaq

Azərbaycanın dövlət ali məktəblərində turizm sahəsi üzrə kadrların hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin tələb etdiyi şərtlərə uyğunlaşdırılacaq. SİA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev \"Turizm ili\"nin yekunlarına həsr olunan kollegiya iclasında deyib.


O bildirib ki, bu məsələ ilə bağlı artıq Təhsil Nazirliyi ilə birgə qərar verilib: \"Həmin qərara uyğun olaraq, Azərbaycandakı bütün dövlət ali məktəblərində turizmin tədrisi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Turizm İnstitutunda (ATİ) hazırlanacaq proqramlara uyğunlaşdırılacaq. Yəni, mərkəzi metodik işlərin görülməsi və bütün turizm kadrlarının hazırlanmasında baş ali məktəb ATİ olacaq. Bu, çox vacibdir\".


Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə hazırda Azərbaycanda turizm sahəsində peşəkar kadr qıtlığının olduğunu deyib. Onun sözlərinə görə, ölkənin turizm kadrlarına olan tələbatını ödəmək üçün hazırda 2012-2016-cı illər üçün Bakı və regional turizm peşə məktəblərinin qurulması və inkişafı haqqında konsepsiya hazırlanır. Həmin konsepsiyaya uyğun olaraq, yaxın 5 il ərzində kadr probleminin həlli üçün bir sıra səmərəli addımlar atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə