“Ən yaxşı müəllim” müsabiqəsi üzrə ekspert komissiyalarının üzvləri ilə görüş keçirilib
Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspert komissiyalarının üzvləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, artıq beşinci ildir keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin iştirakçıları olan müəllimlərin fənlərə görə təsnifatından danışıb. O bildirib ki, bu il iştirakçıların sayı çox olan fənlər üzrə də yalnız bir ekspert komissiyasının təşkil olunduğunu söyləyib. Misir Mərdanov Təhsil Nazirliyi nümayəndəsinin hər bir ekspert komissiyasında müşahidəçi qismində iştirak edəcəyini və təşkilati məsələlərin onlar tərəfindən həll olunacağını bildirib.
Nazir sınaq dərslərinin qiymətləndirilməsi üçün müəyyən olunan 12 meyar üzrə ekspertlərin verəcəkləri balların yazılı şəkildə əsaslandırılmasının vacibliyini diqqətə çatdırıb. Təhsil naziri deyib ki, bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətində nazirliyə ərizə ilə müraciət etmək imkanının verildiyini vurğulayan M.Mərdanov bildirib ki, sınaq dərsinin müzakirəsi yalnız müəllimin iştirakı ilə aparılacaq.
İştirakçı müəllimlərin dərslərinin dinlənilməsi qrafikinin artıq hazır olduğunu nəzərə çatdıran nazir qeyd edib ki, sınaq dərsləri Bakı şəhərindəki 21 ümumi təhsil müəssisəsində təşkil olunacaqdır. Təhsil naziri həmin məktəblərin rəhbərlərinə müvafiq təşkilati işlərin görülməsi üçün zəruri tapşırıqların verildiyini vurğulayıb.
Misir Mərdanov istedadlı müəllimlərin və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılması kimi nəcib məqsədlərə xidmət edən bu müsabiqənin təşkilində iştirak edən hər kəs tərəfindən obyektivlik və ədalət prinsiplərinin başlıca amil kimi qəbul olunmasının zəruriliyini nəzərə çatdırıb. Sonda "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərə uğurlar arzulayan nazir, həmçinin onlara bir sıra müvafiq tövsiyələrini də verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB