Bu gün Bakı Dövlət Universitetində görkəmli ziyalı, Prezident
təqaüdçüsü, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Şurasının
sədr müavini Çingiz Həsənovun 90 illik yubiley mərasimi keçirilib. SİA-nın
xəbərinə görə, tədbiri açan
rektor, akademik Abel Məhərrəmov Çingiz Həsənovun mənalı ömür yaşadığını,
xalqımızın adını hər zaman uca tutub, ona şərəf və şöhrət gətirdiyini bildirib.
Rektor deyib ki, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Moskva, Kurs və
Belqorod şəhərlərinin, Belorusiya və Ukraynanın faşist işğalçılarından azad
edilməsi uğrunda aparılan döyüşlərdə böyük əzmkarlıq nümayiş etdirən Çingiz
müəllim ordu sıralarından tərxis edildikdən sonra müxtəlif vəzifələrdə işləsə
də, Bakı Dövlət Universitetinə olan sevgi və sayğı onu 1948-ci ildə
universitetin hüquq fakültəsinə gətirib. Çingiz müəllim bu ali təhsil ocağının
aspirantı, müəllimi, həmkarlar komitəsinin sədri kimi onun adını və şərəfini
daim uca tutub, eyni zamanda, respublikanın ictimai-siyasi həyatında və bir
sıra sahələrdə məsul vəzifələrdə çalışıb, Azərbaycan Kooperativlər İttifaqının
idarə heyəti sədrinin birinci müavini və idarə heyətinin sədri vəzifəsini icra
edib.
A.Məhərrəmov Çingiz Həsənovun
Çingiz Həsənovun universitetin iqtisadiyyat və idarəetmə kafedrasındakı
fəaliyyətini yüksək qiymətləndirən rektor onun hər zaman dövlət və
dövlətçiliyin təəssübkeşi olduğunu bildirib. Çingiz müəllimin təhsil naziri
Misir Mərdanov tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi"
fəxri adına layiq görüldüyünü bildirən A.Məhərrəmov, eyni zamanda BDU-nun fəxri
fərmanını və təbrik ünvanını da yubilyara təqdim edib. Sonra BDU-nun Beynəlxalq
münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, professor Zeynal Həsənalıyev,
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun
Mehdiyev, AMEA-nın vitse-prezidenti Arif Həşimov, deputat Ziyad Səmədzadə,
Pedaqoji Universitetin rektor Yusif Məmmədov, akademiklər - İsmayıl İbrahimov,
Teymur Bünyadov, professor Abuzər Xələfov və başaqları çıxış edərək yubilyarla
bağlı xoş xatirələrini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB