Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) fəaliyyət göstərən Diabet Məktəbində 20-25 fevral tarixində şəkərli diabet xəstələri üçün pulsuz təlimlər keçirilir. SİA-nın xəbərinə görə, bu təlimlər 27 fevral-3 mart tarixində risk qrupuna aid əhali üçün təşkil olunur.
Təlim zamanı şəkərli diabet haqqında məlumat, özünənəzarət vasitələrindən istifadə qaydaları, düzgün qidalanma, diabetin fəsadları və s. mövzularla bağlı bilik və bacarıqlar əldə olunacaq. Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyininİctimai Səhiyyə və İslahatlar Mərkəzi Bakı ş., H. Zərdabi küç., 96 (20 yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası)
Əlaqə tel.:
(012) 430 10 28
(012) 431 62 61
(012) 496 92 35Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB