AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib
AMEA Riyaziyyat və Mexanika İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.
Tədbirdə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə 29 oktyabr 2011-ci il tarixli sərəncamın icrası, 2012-ci ildə dissertanturaya qəbul planının formalaşdırılması, AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) laboratoriyasının rəhbəri, k.e.d., prof. İslam Mustafayevin 60 illik yubileyinin keçirilməsi, AMEA Fizika İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) doktoranturasının əyani doktorantı Məmməd Həşimovun qiyabi doktoranturaya keçirilməsi, RPİ-nin əməkdaşları Aygün Nəsibova və Cəmalə Orucovanın "Radioekologiya" laboratoriyasının böyük elmi işçisi vəzifələrinə təsdiq edilməsi, C.Orucovanın Kiyev şəhərinə yeni tədqiqat metodlarının öyrənilməsi üçün ezam edilməsi məsələləri müzakirə olunub. İclasda, həmçinin f.-r.e.d., prof. Ş.Əsgərovun "Dəyərlərin qiymətləndirilməsinin paradiqması" elmi məruzəsi haqqında da fikir mübadiləsi aparılıb.
Sonda FRTEB-nin institutlarında çalışan bir qrup əməkdaşa AMEA RH-ın Fəxri Fərmanı təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB