ATİ rəhbərliyi Avrasiya İpək Yolu Universitetləri Konsorsiomunun İcraçı Şurasının iclasında iştirak edəcək
Fevralın 23-dən 26-dək Türkiyənin Ərzurum Atatürk Universitetində "Turizm, idman, biomüxtəliflik və qlobal dəyişikliklər mövzusunda birgə layihələr" adlı I Qış Anadolu Sammiti, eyni zamanda fevralın 23-də adı çəkilən təhsil ocağında Avrasiya İpək Yolu Universitetləri Konsorsiomu İcraçı Şurasının növbəti iclası olacaq. SİA-nın xəbərinə görə, ingilis dilində keçiriləcək tədbirdə ali təhsil müəssisələrinin rəhbərləri, hökumət nümayəndələri və siyasətçilərin iştirakı nəzərdə tutulub.
Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Avrasiya İpək Yolu Universitetləri Konsorsiomu İcraçı Şurasının 9 üzvündən biri kimi tədbirə dəvətlidir. Rektor C.Cəfərov eyni zamanda I Qış Anadolu Sammitində də iştirak edəcək. Tədbirdə institutun dekanı N.Nəsirlinin "Azərbaycanda aqrar turizmin inkişaf istiqamətləri" mövzusundakı məruzəsi gündəmdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB