Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin imtahan nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. SİA-nın xəbərinə görə, revmatologiya və ümumi cərrahiyyə ixtisası üzrə keçirilən imtahanlarda ümumilikdə 38 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 37 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları ftiziatriya və nefrologiya ixtisasları üzrə 22.02.2012-ci il tarixində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə