Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında tarix fənni üzrə elmi-metodiki seminar keçirilib. SİA_nın xəbərinə görə, iclasda gündəlik məsələ, yeni test modelinin müzakirəsi olub.
Seminar iclasında, Gəncə regional bölməsindən: Kəlbəcər rayon, 7 saylı məktəbin tarix müəllimi Qafarov Nazimin "Tarix" fənnindən təqdim etdiyi test nümunələri məzmuna, mürəkkəblik dərəcəsinə və qabiliyyət göstəricilərinə görə elmi-metodiki baxımdan təhlil edilib. Test tapşırıqlarının tərtibi zamanı mübahisə doğuracaq və ziddiyyətli məqamların diqqət mərkəzində saxlanılması xüsusi qeyd olunub. Seminar iclasında Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Lənkəran, Gəncə, Şəki və Quba regional bölmələrində fəaliyyət göstərən seminarların müvafiq fənn müəllimləri də videobağlantı vasitəsilə eyni vaxtda bu iclasda iştirak edib, müzakirə olunan məsələyə öz münasibətlərini bildirib və təkliflərini veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB