Misir Mərdanov: “Bütün məktəblərdə bir növbəli və beş günlük dərs sisteminə keçiləcək”

Misir Mərdanov: “Bütün məktəblərdə bir növbəli və beş günlük dərs sisteminə keçiləcək”

"Bütün məktəblərdə bir növbəli və beş günlük dərs sisteminə keçiləcək". SİA-nın məlumtına görə, bunu təhsil naziri Misir Mərdanov bu gün "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, bu işlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bununla bağlı verilən tapşırığa əsasən aparılır.

Misir Mərdanov həmçinin qeyd edib ki, Azərbaycanda ucqar kənd məktəblərində tədrisin effektivləşdirilməsi ilə bağlı işlər aparılmalıdır. Təhsil nazirinin sözlərinə görə, Azərbaycanda bunu tətbiq etmək üçün şagirdlərin daşınmasını təşkil etmək və dağ yerlərində yolları qaydaya salmaq lazımdır.

Nazir Azərbaycan təhsilinin 10 illik strategiyası ilə bağlı Ramiz Mehdiyevin rəhbərliyi ilə Dövlət Komissiyasının da yaradıldığını diqqətə çatdıraraq bildirib ki, repetitorluq məsələsi Azərbaycan cəmiyyəti üçün çox problemli məsələrdən biridir: "Uşaqlar ali məktəbə daxil olmamışdan əvvəl elə yük altına düşürlər ki, hətta bəzi vaxtda ömürlük xəstə qalırlar. Dünyada repetitorluq təhsil və müəllimi hörmətdən salmaq üçün deyil. Yaxşı müəllimlər tədrisi atıb yalnız repetiroluqla məşğuldurlar və yaxud şagirdləri dərsdən yayındırıb repetirorluğa cəlb edirlər. Çoxları bunu ümumi təhsilin səviyyəsinin aşağı olması ilə bağlayır, mən bununla razı deyiləm".

O, həmçinin qəbul zamanı qoyulan sualların çox çətin olduğunu vurğulayıb. "Bir metr hoppana bilməyən uşaqdan tələb edirik ki, 1 ildə 5 metr tullanmağı bacarsın".


Könül Kamilqızı


Bütün xəbərlər Facebook səhifəmizdə