Təhsil naziri: “Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı “Təhsil haqqında” qanuna dəyişiklik ediləcək”
"Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı "Təhsil haqqında" qanuna dəyişiklik ediləcək". SİA-nın verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
"Azərbaycanda "Təhsil haqqında" qanun hazırlanarkən biz ciddi səylə çalışdıq ki, 12 illik təhsilə keçək. Təəssüf ki, o zaman bu baş vermədi. Lakin indi hamı görür ki, dünyanın 90 faiz ölkələrində 12 illik təhsil sistemi tətbiq olunur", -deyə nazir qeyd edib.
Onun sözlərinə görə, keçiddən sonra dünya təhsil sisteminə inteqrasiya istiqamətində iş gedəcək. "Məsələn bu gün Azərbaycanda tam orta təhsilin müddəti 11, Gürcüstanda isə 12 ildir. Bizim orada olan azərbaycanlıların problemi ortaya çıxır", - o deyib.
Nazir həmçinin qeyd edib ki, 12 illik təhsilə keçiddən sonra ümumi orta təhsilin məzmununa dəyişiklik ediləcək. "10 illik təhsil məcburi olacaq, sonrakı 2 il isə ali məktəbə qəbul olunmaq istəyənlər üçün olacaq".
Həmçinin Misir Mərdanov hesab edir ki, repetitor problemi də öz həllini tapacaq.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB