Reydlər zamanı 14 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlandı

Reydlər zamanı 14 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlandı

Ötən il ərzində Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən təkrar reydlər keçirilib. SİA-nın xəbərinə görə, bu reydlər 2011-ci il ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana və Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən baş tutub.


Keçirilən reydlər zamanı 14 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanaraq, xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib. Həmçinin, keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1210 seriya (6040 qutu), istifadə müddəti bitən 14 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib. Mərkəzin Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 24264 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılıb.

Səhiyyə Nazirliyinin qaynar xətt telefonu vasitəsilə Mərkəzə 93 sayda müraciət daxil olub. Bunlardan apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanması məqsədilə olunan müraciətlər çoxluq təşkil edib, şikayətlərlə bağlı müvafiq tədbirlər görülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə