Azərbaycanda magistraturaya sənəd verənlərin bu günə olan sayı açıqlandı
2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, fevralın 13-ü saat 16:00-dək olan məlumata əsasən, qəbul imtahanlarında iştirak üçün sənəd vermiş 6757 bakalavrdan 4500-ü ərizəsini təsdiq etdirib.
Bakalavrlar "Bakalavrın elektron ərizəsi" formasını fevralın 16-dək doldurmalı və ərizələrini fevralın 17-si saat 9:00-dan 17:00-dək təsdiq etdirməlidirlər. "Bakalavrın elektron ərizəsi" formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər "Magistr" jurnalının ikinci nömrəsində dərc olunub.
Qəbul imtahanlarının birinci mərhələsi fevralın 26-da keçiriləcək. Bu mərhələdə bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB